SSRİ qayıdıb: Prezident Gürcüstandakı vəziyyətdən yazdı

04.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin Avropaya inteqrasiyasının dondurulmasına qarşı etiraz aksiyasının iştirakçılarına  sərt münasibəti kəskin tənqid edib.

"Cebheinfo.az" xəbər verir ki, Zurabişvili X sosial şəbəkəsində yazıb:

“Zorakılıq və repressiyanın 6-cı günü. Dinc avropapərəst etirazçılar “Gürcü arzusu”nun çevik qüvvələri tərəfindən vəhşicəsinə dağıdılıb. Kütləvi həbslər və amansız rəftar... Təhsil Nazirliyi təhsil prosesini pozanların barmaq izləri üçün qaynar xətt elan edib... SSRİ qayıdıb!”.

Prezident bir müddət əvvəl ölkədəki proseslərin konstitusiya müstəvisinə qaytarılması imkanının itirildiyini açıqlamışdı.

Xatırladaq ki, dünən Gürcüstan Məhkəməsi Zurabişvili və müxalifətçi siyasətçilərin oktyabrın 26-da keçirilən parlament seçkilərinin konstitusiyaya zidd elan edilməsi tələbini rədd edib.

Qərarda qeyd olunub ki, “hökm qətidir, şikayətə və ya ona yenidən baxıla bilməz”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью