SSRİ qayıtdı?”: Gürcüstanda yenə OMON etirazçıları vəhşicəsinə dağıtdı... | Icma.az
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Tbilisidə təhlükəsizlik qüvvələri xüsusi vasitələrdən istifadə edərək etirazçıları dağıtmağa çalışır.
Artıq bir neçə nəfər tibbi yardıma müraciət edib". Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu informasiyanı yayan "Rustavi2" teleka
Etirazçılar pirotexniki vasitələrdən və işıq lazerindən istifadə edib.
Onlardan bir neçəsi Xüsusi Təyinatlı İdarənin əməkdaşları tərəfindən saxlanılıb.
Gürcüstan prezidenti Salome Zurabişvili "X" mikrobloqunda çevik polisin nümayişçilərə qarşı amansız hərəkətlərini pisləyən bəyanat yayıb: "Gözyaşardıcı qaz və su şırnaqlarından qeyri-mütənasib istifadə olunub.
Kütləvi həbslər və amansız rəftar. Təhsil Nazirliyi təhsil prosesini pozanlarla bağlı məlumat verənlər üçün qaynar xətt açır...
SSRİ qayıdıb?" Bildiyiniz kimi, Tbilisidə mitinqlər altıncı gündür ki, səngimir.
Tam oxu
Xəbəri oxu