SSRİ Xalq rəssamı, məşhur heykəltəraş Zurab Sereteli vəfat edib

22.04.2025

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

SSRİ Xalq rəssamı, gürcü heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli vəfat edib.

TASS  xəbər verir ki, bu barədə heykəltəraşın köməkçisi Sergey Şaqulaşvili xəbər verib.

Onun sözlərinə görə 91 yaşlı heykəltəraş bu gecə ürək tutmasından ölüb.

Xatırladaq ki, Zurab Sereteli 1934-cü ildə Tiflisdə anadan olub. O, 500-dən çox rəsm, heykəl, qrafika, pano və sair incəsənət nümunələrinin müəllifi olub.

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью