Stadionda faciə: Ölənlər və ağır yaralılar var

05.06.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Hindistanın Banqalor şəhərində kriket komandası "Royal Challengers Bengaluru"nu qarşılamaq üçün stadionda toplaşan izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Milli.Az xəbər verir ki, hadisə komandaya son 18 ildə ilk dəfə Hindistan Premyer Liqasının qalibi olması münasibətilə təşkil edilən tədbir zamanı baş verib.

Tədbirə gözləniləndən qat-qat çox insanın gəlməsi təşvişə səbəb olub. Ölənlər arasında uşaq da var, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Asya
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью