Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Kolumbiyada “Independiente Santa Fe” - “Amerika de Kali” matçında xoşgəlməz hadisə baş verib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, Boqotadakı “El Kampin” stadionunda keçirilən oyunun 33-cü dəqiqəsində rəqib azarkeşlər arasında qarşıdurma başlayıb. Azarkeşlərin çubuq, stul və digər əşyalarla bir-birinə hücum etməsindən sonra hakim oyunu dayandırıb.
Meydana polis qüvvələri yeridilib və gözyaşardıcı qazdan istifadə olunub. Təxminən 50 dəqiqəlik fasilədən sonra oyun bərpa edilib və 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, hadisə zamanı “Amerika de Kali”nin qapıçısı Jan Fernandesin də azarkeşin hücumuna məruz qaldığı bildirilib. Qolkiper bildirib ki, meydanda olarkən azarkeş onun başına zərbə endirib.