Stadionu su basdı, La Liqa oyunu təxirə salındı Şəkillər

17.09.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Stadionu su basdı, La Liqa oyunu təxirə salındı - Şəkillər

İspaniya La Liqasının 6-cı turunda “Levante” ilə “Atletik” arasında keçirilməli olan qarşılaşma əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb.

QOL.az xəbər verir ki, bu haqda klubların mətbuat xidməti məlumat yayıb.

Güclü yağış nəticəsində “Syudad de Valensiya” stadionunun meydanı, tribunaları və tribunaların altındakı əraziləri su altında qalıb. Hakim qərarı ilə təxirə salınan matçın yeni tarixinin daha sonra açıqlanacağı bildirilib. 

“Levante” 5 turdan sonra 5 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır. “Atletik” isə 7 xalla 9-cudur.

“Levante” növbəti oyununu sentyabrın 20-də səfərdə “Vilyarreal”a qarşı keçirəcək. Bilbao təmsilçisi isə sentyabrın 19-da “Alaves”i qəbul edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью