“Stadler” qatarı Qəbələyə də yol alacaq

05.04.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan Dəmir Yolları”nın (ADY) məlumatına görə, Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən KISS markalı qatar yeni FLIRT qatarı ilə əvəz edilir.

ADY-dən bildirildiyinə əsasən, aprelin 5-dən etibarən FLIRT qatarı ənənəvi hərəkət cədvəli əsasında həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə Qəbələdən Bakıya yola düşəcək.

Ən son təhlükəsizlik sistemləri ilə təchiz edilmiş birmərtəbəli yeni qatarda sərnişinlərin rahatlığı üçün bar-vaqon, velosiped daşımaq üçün ayrılmış yerlər, inklüziv səyahət imkanları və s. təqdim olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью