Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
“Stalin öləndə mənim 13 yaşım var idi. Yadımdadır, "Kubinka"da bir qadın yaşayırdı, camaat ona başsağlığı verməyə gəlirdi”.
Turkustan.az xəbər verir ki, bunu kinoşünas, Əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə “Şəxsi əşyalar” yutub verilişində deyib.
“Orada “İskra” qəzetinin mətbəəsi yerləşirdi. O yeri Stalinə ev yiyəsinin oğlu işarə vermişdi. Stalin də gəlib oranı bəyənmiş və mətbəəyə çevirmişdi. Ev yiyəsi həmin yerdə fayton və atlarını saxlayırdı. Zirzəmidə çap işləri görülürdü. Stalin ora tez-tez gəlirdi. Həmin yerdə bir kişi, bir qadın, bir də oğulları yaşayırdı”.
Kinoşünas bildirib ki, Stalin həmin evin xanımına hər ay bağlama göndərirmiş:
“Günlərin bir günü Stalin faytonla həmin yerə gəlir, içəri girib, zirzəmiyə düşür. Həmin anda ev yiyəsinin oğlu çöldə keşik çəkirmiş. Fayton yerindən tərpənən kimi Stalini izləyənlər tapança ilə atəş açaraq evə soxulurlar. Güllələrdən biri ev yiyəsinin oğluna dəyir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra, Stalin ölənə qədər hər ay həmin xanıma bağlama göndərirdi. İçində nə olduğunu bilmirəm, lakin bağlama daimi gəlirdi”.
A.Kərimzadə Satlin öləndə hamının o qadına başsağlığı verdiyini deyib:
“Qadın bizə qohum idi. Stalin ağır vəziyyətdə olanda radioda onun vəziyyəti haqqında hər dəqiqə məlumat verilirdi. Özüm də uşaq idim. Hamı onun dərdini çəkirdi. Elə mən də. Heç atam üçün o qədər dərd çəkməmişəm. 13 yaşım vardı.
O öləndən sonra əsasən Gürcüstandan və ümumən hər yerdən həmin qadına başsağlığı verməyə gəlirdilər. Qara çarşablı qadın onları bir-bir evində qəbul edirdi. Bir tərəfdə də molla oturub dua oxuyurdu. Ondan sonra qadına da heç bir bağlama gəlmədi. Arvad öləndən sonra da əri şikayət edib mətbəəni öz mülkiyyəti kimi geri aldı”. /yenisabah.az/