Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, Stallone bu barədə “The Times of London”a müsahibəsində danışıb.
Qeyd edək ki, ötən il Tramp Stallone, Con Voyt və Mel Gibsonu Hollivud üzrə “xüsusi səfirlər” təyin etdiyini açıqlamışdı. Tramp onların onun “gözləri və qulaqları” olacağını, eləcə də xaricə köçmüş kino biznesinin ABŞ-a qaytarılmasına kömək edəcəklərini bildirmişdi. Lakin üç aktyorun konkret səlahiyyətləri dəqiq müəyyənləşdirilməmişdi.
Stallone isə belə bir vəzifənin real olmadığını düşündüyünü bildirib. Onun sözlərinə görə, Hollivud vahid sistem deyil və ayrı-ayrı kino şirkətləri öz qaydaları ilə fəaliyyət göstərir.
“Bəli, çünki Hollivud feodal dövlətlərə bənzəyir. Hər kəsin öz kiçik krallığı var. Altı kino studiyasına gedib onlara hər şeyi necə etməli olduqlarını deyə bilməzsən”, - aktyor deyib.
Stallone bildirib ki, nə özü, nə Mel Gibson, nə də Con Voyt belə bir sistemdə işləməyə öyrəşib: “Biz hamımız hər şeyi öz bildiyimiz kimi etməyə öyrəşmiş insanlarıq. Xeyr, bu işləməyəcək”.
Aktyor məsələ ilə bağlı Trampa da fikirlərini çatdırdığını və təyinatı qəbul etmədiyini vurğulayıb.
“Bəli. Mən dedim: "Təşəkkür edirəm və xudahafiz!", çünki bu mümkün deyil. Hollivud işləyir və inkişaf edəcək. Bu, korporativ biznesdir və korporativ insanlar mənim onlara maliyyə haqqında danışmağımı istəməyəcəklər”, - Stallone bildirib.
Aktyor təyinatın onun razılığı olmadan elan edildiyini də söyləyib. Stallonenin sözlərinə görə, o, bu barədə ilk dəfə televiziyadan xəbər tutub.
“Bir axşam televizora baxırdım və orada deyirlər: "Stallone, Mel Gibson və Con Voyt olacaq..." Mən də: "Nə?" dedim. Çünki əvvəldən məndən soruşsaydılar, "Bu mümkün deyil!" cavabını verərdim”, - deyə aktyor vurğulayıb.
Qeyd edək ki, Stallone əvvəllər Trampı açıq şəkildə dəstəkləyib. 2024-cü ildə onun prezident seçkilərində qələbəsi münasibətilə keçirilən mərasimdə çıxış edən aktyor Trampı “həqiqətən mifik fiqur” adlandırıb.(publika)