Stallonenin yeni filmi nümayiş olunacaq

15.01.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Hollivud ulduzu, kino aktyoru, ssenarist və rejissor Silvester Stallonenin ssenarisi əsasında baş rolda tanınmış aktyor Ceyson Steythamın çəkildiyi "İşçi adam" filmi böyük ekranlara çıxacaq.
Reyting.az
-ın məlumatına görə, "Collider" nəşri yazıb ki, bu filmin baş qəhrəmanı Levon Keyd uzun illərdən sonra əvvəlki peşəsini tərk edərək, çox sadə həyat sürmək üçün tikintidə çalışacaq, eləcə də qızı ilə xeyli vaxt keçirə biləcək.
Lakin müdirinin qızı qəfil yoxa çıxanda artıq o, sakit dura bilməyib, təcili hərəkətə keçir. İtkin düşən tələbənin axtarışı onu yeni həyat tərzini təhdid edən cinayətkar bir sui-qəsdin mərkəzinə aparır.
Filmdə baş rolları Maykl Penya, Devid Harbour, Ceyson Fleminq, Eva Mauro, Arianna Rivas və başqaları canlandırıb.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью