“Standard and Poor’s” İtaliyanın reytinqini təsdiqləyib

11.10.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Roma, 11 oktyabr, AZƏRTAC

“Standard and Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi İtaliyanın reytinqini “BBB+” səviyyəsində təsdiq edib.

AZƏRTAC xəbər verir ki, reytinq üzrə proqnoz “stabil”dir. Bu müsbət tendensiya siyasi sabitlik və İtaliyanın dövlət maliyyəsinin yaxşılaşması ilə bağlıdır. Bu il təxminən 3 faizlik kəsir gözlənildiyi bildirilib.

“Standard & Poor's” ötən ilin aprelində İtaliyanın reytinqini yüksəldən ilk şirkət olub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью