Stanislav Bunyatovdan şok təklif: Macarıstana...

06.03.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın “Aydar” batalyonunun taqım komandiri Stanislav Bunyatov Ukrayna xüsusi təyinatlı qüvvələrinin Macarıstana göndərilməsini təklif edib.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə “Telegram” hesabında paylaşım edib.

Stanislav Bunyatov yazıb ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə bağlı xüsusi təyinatlı qüvvələr hücum dronlarının dəstəyi ilə Macarıstana göndərilə bilər.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban “Drujba” neft kəməri ilə tədarük bərpa olunmayana qədər Avropa Birliyinin Ukraynaya ayıracağı 90 milyard avroluq kredit paketini bloklayacağını bildirib.

Bundan sonra Ukrayna Prezidenti Vladimir Zelenski Budapeştə xəbərdarlıq edərək, Ukrayna Silahlı Qüvvələrinin Orbana “öz dillərində cavab verə biləcəyini” deyib.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью