Stanislav Çerçesov: “Pokatilov qısa müddətdə “Sabah”da heyətə düşməlidir” İdman və Biz

21.01.2025

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu məsələ ilə bağlı “Sabah”ın baş məşqçisi Vasili Berezutski ilə danışmışam”.

İdman.biz xəbər verir ki, bunu Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov deyib.

Rusiyalı mütəxəssis yığmanın qapıçısı Stas Pokatilovun Bakının “Sabah” klubuna keçməsinə münasibət bildirib: “Pokatilova maraq var. Onların özləri bunu göstəriblər. Stasın bu çağırışı qəbul etməsi tərifə layiqdir. Digər tərəfdən qısa müddətdə heyətə düşməlidir. Çünki bu günlərdə onların oyunları var. Görək bu, onda necə alınacaq”.

Qeyd edək ki, 32 yaşlı qolkiper bu gün “Sabah”la müqavilə imzalayıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью