“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

05.06.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanda fəaliyyətə başlayan “Starlink Azerbaijan” MMC rəsmi olaraq uçota alınıb.

APA-Economics”in əldə etdiyi məlumata görə, şirkət 4 iyun tarixində qeydiyyata alınıb.

Şirkətin müraciəti əsasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçotun aparılmasını təmin edib.

"Starlink" Azərbaycanda peyk üzərindən yüksək sürətli internet xidməti göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью