“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

07.06.2025

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda fəaliyyətə başlayan “Starlink Azerbaijan” MMC rəsmi olaraq uçota alınıb.

“APA-Economics”in əldə etdiyi məlumata görə, şirkət 4 iyun tarixində qeydiyyata alınıb.

Şirkətin müraciəti əsasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçotun aparılmasını təmin edib.

"Starlink" Azərbaycanda peyk üzərindən yüksək sürətli internet xidməti göstərəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью