Starlink: Ukraynaya xidmət göstərməyə tam sadiqik

25.02.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Starlink Ukraynaya xidmət göstərməyə tam sadiqdir.


Sherg.az xəbər verir ki, bu barədə şirkət özünün "X" hesabında yazıb. 

"Yayılan şayiələr qəti şəkildə yalandır", - şirkətin açıqlamasında deyilir.

Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski isə ölkəsinin Ukraynanı əlavə Starlink terminalları ilə təmin edəcəyini bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Varşava Kiyevə 24.4 min terminal verib. Yeni partiya 2024-cü ilin noyabrında sifariş edilib və tədricən Ukraynaya daxil olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью