“Starlink”i söndürsəydik, bütün cəbhə dərhal çökərdi Mask

20.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Starlink” Ukrayna üçün əsas rabitə sistemidir, lakin hücum əməliyyatları üçün nəzərdə tutulmayıb.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı milyarder İlon Mask “Nyu York Tayms” qəzetinə müsahibəsində deyib.

Mask qeyd edib ki, hərbçilərin və mülki şəxslərin həyatından asılı olan qərarları şəxsən qəbul etmək istəmir.

Milyarderin sözlərinə görə, o, “Starlink”in yaradıldığı ilk gündən onun mülki məqsədlər üçün nəzərdə tutulduğunu vurğulayıb. Buna görə də insanların ölümü ilə nəticələnən dron hücumlarında başqa bir sistemdən – ABŞ hökumətinin nəzarətində olan “Starshield”dən istifadə edilməsini təklif edib.

O, Ukrayna üçün “Starlink” xidmətini heç vaxt dayandırmadığını, həmçinin bir neçə il əvvəl Ukraynanın Sevastopolda Rusiya donanmasına qarşı hücum əməliyyatı zamanı sistemin guya fəaliyyətini dayandırması barədə məlumatları təkzib edib:

“Biz “Starlink”i söndürməmişik. Bu, həqiqətə uyğun deyil”.

Bununla yanaşı, Mask “Starlink”in Ukrayna Silahlı Qüvvələri və bütövlükdə ölkə üçün əsas rabitə sistemlərindən biri olaraq qaldığını vurğulayıb:

“Bu gün də “Starlink” Ukrayna Silahlı Qüvvələrinin və bütövlükdə Ukraynanın rabitə sisteminin əsasını təşkil edir. Əgər “Starlink”i söndürsəydik, bütün Ukrayna cəbhəsi dərhal çökərdi. Bu addımı yalnız Ukraynaya fövqəladə dəstək kimi xarakterizə etmək olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью