GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ankaraya rəsmi səfər edəcək.
Globalinfo.az xəbər verir ki, o, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 27 oktyabrda Türkiyədə olacaq.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duranın sözlərinə görə, görüş zamanı cari regional və beynəlxalq məsələlər, eləcə də iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.