Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, "Reuters"in verdiyi məlumata görə, Baş nazir Keir Starmer bu açıqlamanı Münhen Təhlükəsizlik Konfransında verib.
Britaniya baş nazirinin sözlərinə görə, ABŞ Avropa təhlükəsizliyinə misli görünməmiş xidəti olan əvəzolunmaz müttəfiqdir. Lakin daha muxtar Avropa NATO strukturu qitənin Vaşinqtondan asılılığını azaltmağa kömək edə bilər.
"Mən Avropa təhlükəsizliyi və daha böyük Avropa muxtariyyəti mövqeyindən danışıram. Bu, ABŞ-ın geri çəkilməsini qabaqlamaq üçün deyil, əksinə, daha çox yükün bölüşdürülməsi çağırışına cavab verir və bizə çox yaxşı xidmət etmiş əlaqələri bərpa edəcək", - deyə Starmer qeyd edib.
O, Avropanın müdafiə sənayesində təkrarlanmanın qarşısını almaq üçün müdafiə təchizatına yeni bir yanaşma tələb edib. Starmer həmçinin Birləşmiş Krallığın Avropa təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb: "Avropa olmadan Britaniya təhlükəsizliyi yoxdur və eləcə də, Britaniya olmadan Avropa təhlükəsizliyi yoxdur", - deyə o əlavə edib.
Qadir, Bizimyol.info