Starmer: Biz müharibəyə sürüklənməyəcəyik!

31.03.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin ölkəsinin müharibəsi olmadığını və Böyük Britaniyanın bu münaqişəyə cəlb olunmayacağını bildirib.

Turkustan.az xəbər verir ki, Vulverhemptonda partiyasının yerli seçki kampaniyasının açılış mərasimində çıxış edən Starmer ABŞ–İsrail–İran müharibəsi və Hörmüz boğazı ilə bağlı mətbuata açıqlamalar verib.

Baş nazir Starmerdən Yaxın Şərqdəki müharibəyə Britaniya qoşunlarının göndərilib-göndərilməyəcəyi soruşulduqda, o, “Bu, bizim müharibəmiz deyil və biz ora sürüklənməyəcəyik” deyə cavab verib.

Böyük Britaniyanın bu proses boyunca mövqeyini qoruyacağını vurğulayan Starmer əlavə edib ki, ölkəsi bölgədəki vətəndaşlarının və müttəfiqlərinin maraqlarını qorumaq üçün “müdafiə tədbirləri” görür.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью