Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01.02.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

“Kral III Çarlzın qardaşı, sabiq şahzadə Endryu Mauntbatten-Vindzor pedofiliyada ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə ABŞ Konqresində ifadə verməlidir”.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib.

"İfadə vermək məsələsinə gəldikdə, mən həmişə demişəm ki, məlumatı olan hər kəs bu məlumatı istədiyi formada paylaşmağa hazır olmalıdır", - baş nazir deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью