Starmer dünya liderlərini Ukraynaya görə bir araya toplayacaq

11.03.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya dəstəyi müzakirə etməkdən ötrü martın 15-də dünya liderlərini onlayn görüşə toplayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" Britaniya hökumət başçısının nümayəndəsi Deyv Paresə istinadla məlumat paylaşıb.

Onun sözlərinə görə, bu görüş martın 2-də Londonda baş tutmuş sammitin davamı olacaq.

Bildirilir ki, görüşə NATO ölkələrinin liderləri qatılacaqlar. Lakin məhz hansı ölkələrin iştirak edəcəyi dəqiqləşdirilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью