Starmer hədəfə çevrildi: yeni plan görün nədir

16.11.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Böyük Britaniyanın Baş nazir Kir Starmerin vəzifəsindən uzaqlaşdırılması üçün plan hazırlanır”.

 Globalinfo.az xəbər verir ki, bu barədə “The Sunday Telegraph” mənbələrə istinadən yazıb.

Bildirilib ki, planı hazırlayan şəxs Britaniyanın keçmiş baş nazirinin müavini Angela Raynerdir:

“Rayner Britaniya deputatlarından onun planını dəstəkləmələrini istəyib. O, bunun müqabilində hökumət vəzifələrini təklif edib”.

Lakin keçmiş baş nazirin müavininə yaxın mənbə bu xəbərləri “tamamilə cəfəngiyyat” adlandırıb. O, Raynerin yerli icmasını təmsil etməyə fokuslandığını deyib.

Bundan əvvəl Britaniyanın BBC telekanalı Böyük Britaniya İşçi Partiyası daxilində Kir Starmerə əleyhinə tədbirlər haqqında məlumat vermişdi. Jurnalistlərin fikrincə, baş nazirin vəzifəsindən kənarlaşdırılması hədəflənir və onun komandası bundan xəbərdardır.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью