Starmer: Həftə sonu Britaniyada Ukrayna ilə bağlı sammit keçiriləcək

25.02.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın Baş naziri Keir Starmer həftə sonu Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün Avropa liderlərinin görüşəcəyini təsdiqləyib.

"Report"un verdiyi xəbərə görə, bu barədə o, Dauninq-stritdə keçirdiyi mətbuat konfransında bildirib.

"Mövcud vəziyyət fonunda müttəfiqlərimizlə necə hərəkət edəcəyimizə dair müzakirələrimizin davamı üçün həftə sonu bir sıra ölkə rəhbərləri ilə görüşəcəyəm", - Starmer bildirib.

Bundan əvvəl "Bloomberg" agentliyi Avropa liderlərinin Ukrayna üzrə görüşünün martın 2-də baş tuta biləcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью