Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Böyük Britaniyanın Baş naziri Keyr Starmer Londonda keçirilən komediya şousunda Fransa Prezidenti Emmanuel Makronu ələ salıb.
Axar.az xəbər verir ki, sözügedən videonu Starmer özünün Tiktok səhifəsində paylaşıb.
Videoda Starmerə günəş eynəyi verilir. O, dərhal taxır və ötən həftə Davosda günəş eynəyi taxan Fransa prezidentinə baş əyərək "Bonjour" (“Salam”) deyir.
Starmer paylaşımda Makronu işarələyərək, “Danış mənimlə, Qaz!” yazıb. Bu sözlər isə aviator stilində günəş eynəyini populyarlaşdıran "Top Gun" (“Üst Silah”) filminə istinaddır.
Qeyd edək ki, Makron Yelisey Sarayında Yeni Kaledoniyanın institusional gələcəyinə həsr olunmuş görüşə eynəklə qatılıb. Daha sonra o, Davos forumunda da eynəklə çıxış edib.
İddialara görə, Makron xanımı Bricit ilə qovğadan sonra göyərmiş gözətrafını gizlətmək üçün eynəkdən istifadə edir.