Starmer onları tədbirə çağırmaq istədi Makron icazə vermədi

17.04.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyeni Hörmüz boğazı sammitinə dəvət etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti üç məmura istinadən məlumat yayıb.

“Fransa Böyük Britaniyanın bununla bağlı təklifini rədd edib”, – deyə bildirilib.

Qeyd edək ki, aprelin 13-də Fransa Prezidenti Emmanuel Makron Fransa və Böyük Britaniyanın (Baş nazir Ker Starmer) Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə etmək üçün beynəlxalq konfrans keçirəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью