Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı Danimarkanın mövqeyini dəstəklədiklərinə görə ona və Böyük Britaniyaya təzyiq göstərməyə çalışdığını bildirib.
Turkustan.az xəbər verir ki, Starmer vurğulayıb ki, London bu məsələdə geri çəkilməyəcək.
Starmer Böyük Britaniya Parlamentində keçirilən həftəlik “Baş nazirin sualları” sessiyasında deputatların cari məsələlərlə bağlı suallarını cavablandırıb.
Sessiya zamanı əsas müxalifət olan Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok ABŞ Prezidenti Donald Trampın Britaniyanın Dieqo Qarsiya hərbi bazasının yerləşdiyi Çaqos adalarını Mavrikiyə vermək qərarı ilə bağlı açıqlamasını xatırladıb.
Badenok Trampın həmin qərara görə Böyük Britaniyanı “axmaq” və “zəif” adlandırdığını qeyd edərək hökumətin bu məsələdə mövqeyinə aydınlıq gətirilməsini istəyib.
Aytən Yaşar/ Turkustan.az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.