Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Keir Starmer 28-31 yanvar tarixlərində Çinə səfəri çərçivəsində Pekindən Şanxaya gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şanxayda fəaliyyət göstərən "Jiefang Ribao" qəzeti məlumat yayıb.
Starmerin Şanxay Kommunist Partiyasının katibi Çen Cininq və biznes liderləri ilə görüşməsi gözlənilir.
Qeyd edək ki, Starmer son səkkiz ildə Çinə səfər edən ilk Britaniya Baş naziridir. 29 yanvarda o, Çin Prezidenti Si Cinpin və Baş nazir Li Qianq ilə danışıqlar aparıb.
Starmerin səfəri çərçivəsində Böyük Britaniya və Çin əksəriyyəti ticarətlə bağlı olan 10 saziş imzalayıb.
Əli Hüseynov