Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında baş verən mübahisədən sonra Ukraynaya dəstəyini ifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniya baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş nazir Tramp və Zelenskinin görüşündən sonra hər iki liderlə telefon danışığı aparıb.
"Onun (Starmer - red.) Ukraynaya sarsılmaz dəstəyi davam edir.
O, Ukraynanın suverenliyi və təhlükəsizliyi əsasında davamlı sülhün yolunu tapmaq üçün əlindən gələni edir", - deyə mətbuat xidmətindən qeyd edilib.
Bundan əlavə, Starmer 2 mart tarixini və beynəlxalq liderlərlə, o cümlədən Zelenski ilə görüşü səbirsizliklə gözlədiyini bildirib.
Xatırladaq ki, fevralın 28-də Ağ Evdə Zelenski və Trampın görüşü baş tutub.