Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampın Çaqos Adası müqaviləsini tənqid etməsini Qrenlandiya ilə bağlı mövqeyi ilə əlaqələndirdi.
Britaniya Parlamentində çıxış edən Starmer bildirib ki, Amerika liderinin sərt açıqlamaları Qrenlandiyanın gələcəyi ilə bağlı Londona və şəxsən ona təzyiq göstərmək məqsədi daşıyır.
KONKRET.az xəbər verir ki, Böyük Britaniya Baş nazirinin sözlərinə görə, ABŞ-ın mümkün iqtisadi tədbirləri, o cümlədən Danimarkanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Böyük Britaniyaya tariflər tətbiq etməsi Londonu mövqeyini dəyişməyə məcbur qoymayacaq.
Starmer vurğulayıb ki, Böyük Britaniya xarici təzyiq altında öz prinsiplərindən və dəyərlərindən geri çəkilmək niyyətində deyil.
Müşviq Tofiqoğlu KONKRET.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.