Starmer Trampla görüşəcək

28.07.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Britaniya Baş nazirinin sözçüsü jurnalistlərə açıqlamasında diqqətə çatdırıb ki, görüş Donald Trampın Şotlandiyada, Törnberri şəhərində yerləşən qolf mərkəzində reallaşacaq. Tərəflərin əsasən Qəzza zolağındakı cari vəziyyət və İsrail-HƏMAS müharibəsinin həlli ətrafında danışıqlar aparacaqları bildirilib.
"Cənab Baş nazir ABŞ Prezidentinə Qəzzadakı diləgəlməz əzabların sona çatdırılması üçün təzyiq göstərəcək", – sözçü vurğulayıb.
Sözçünün bəyanatındakı "təzyiq göstərəcək" ifadəsi yersiz deyil. Çünki Kir Starmer özü də ölkə daxilində bu məsələ ilə əlaqədar təzyiqlə üzləşib. Britaniya hökuməti "Fransanın yolu ilə gedərək" Fələstin Muxtariyyətini rəsmi dövlət kimi tanımaqla bağlı ona açıq çağırışlar ünvanlayırlar.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью