Starmer Trampla Rusiya Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək istəyir

27.07.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla təkbətək görüşü zamanı Rusiya-Ukrayna münaqişəsinə son qoymağın yollarını müzakirə etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “The Sunday Telegraph” mənbələrə istinadən məlumat yayıb.

“Şotlandiyada keçiriləcək danışıqlar zamanı cənab Kir Rusiya-Ukrayna münaqişəsinə son qoymağın mümkün yollarını müzakirə edəcək”, - məqalədə deyilir. "Onun Ukraynaya gələcək dəstək məsələsini də qaldıracağı gözlənilir", - nəşr əlavə edib.

Starmer və Tramp arasında danışıqlar iyulun 28-nə planlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью