Starmer Ukrayna ilə bağlı danışıqların 23 noyabrda Cenevrədə keçiriləcəyini təsdiqləyib

22.11.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların 23 noyabrda Cenevrədə ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcəyini təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə o "Sky News"a müsahibəsi zamanı danışıb.

"Sabah Cenevrədə ABŞ və Ukraynanın yüksək vəzifəli rəsmiləri ilə Avropanın milli təhlükəsizlik müşavirləri, o cümlədən mənim milli təhlükəsizlik müşavirim Conatan Pauell arasında görüş keçiriləcək", - o deyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью