Starmer Ukraynanın danışıqlarda yerini göstərdi

22.02.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ukrayna istənilən müzakirənin mərkəzində yer almalıdır.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı deyib.

Bundan başqa, Baş nazirin telefon danışığı ilə bağlı yazılı açıqlama yayılıb.

“Baş nazir Kir Starmer Böyük Britaniyanın Ukraynaya sarsılmaz dəstəyini, Rusiyanın başladığı müharibəyə son qoymaq üçün ədalətli və davamlı sülhün vacibliyi məsələsində qərarlı olduğunu bir daha qeyd edib. Baş nazir Ukraynanın istənilən müzakirələrin mərkəzində yer almalı olduğunu qeyd edib”, – açıqlamada yer alıb.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью