Starmer və Tramp Hörmüz boğazını müzakirə etdilər

23.03.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampla Hörmüz boğazının gəmiçilik üçün açılmasının vacibliyini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Baş nazirin ofisi bazar günü Ağ Evlə telefon danışığından sonra yayıb: "Liderlər Yaxın Şərqdəki mövcud vəziyyəti və xüsusən də qlobal gəmiçilik fəaliyyətini bərpa etmək üçün Hörmüz boğazının açılmasının vacibliyini müzakirə ediblər. Onlar Hörmüz boğazının açılmasının qlobal enerji bazarında sabitliyin təmin edilməsi üçün vacib olduğu barədə razılığa gəliblər".

Qeyd edək ki, İrana qarşı əməliyyat başlanandan bəri Tramp Starmeri dəfələrlə ABŞ-a dəstək vermədiyinə görə tənqid edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью