Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Ukraynada uzunmüddətli atəşkəsə doğru irəliləməyin zəruriliyi ilə bağlı eyni fikirdə olublar.
"Report" xəbər verir ki, bu, Britaniya hökumət başçısının Amerika lideri ilə telefon danışığının nəticələrinə dair bəyanatında qeyd edilib.
"Liderlər davamlı atəşkəsə (Rusiya və Ukrayna arasında - red.) doğru irəliləyişin əldə edilməsinin vacibliyində razılaşıblar. Diplomatik səylər davam etdiyi bir vaxtda, Baş nazir beynəlxalq tərəfdaşların bundan sonra da Ukraynanın müdafiəsini dəstəkləməli olduğunu vurğulayıb", - bəyanatda qeyd olunub.
Arktikada təhlükəsizliyin möhkəmləndirilməsinin vacibliyi də müzakirə mövzusu olub. Starmer bunu hökumətinin mütləq prioriteti adlandırıb.
Britaniya Baş naziri Trampın NATO-ya üzv ölkələrinin Əfqanıstandakı qoşunları haqqında alçaldıcı ifadələri mövzusuna toxunub və bu müharibədə onların fədakarlıqlarını unutmamağın vacibliyini qeyd edib.