Starmer yeni Ukrayna sammiti keçirir: koalisiya yaradılacaq?

10.03.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın Baş naziri Keyr Starmer onlayn rejimdə Ukrayna ilə bağlı yeni beynəlxalq sammit keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının nümayəndəsi məlumat yayıb.

Bildirilib ki, virtual sammit martın 15-də baş tutacaq və martın 2-də Londonda Starmerin ev sahibliyi etdiyi görüşün davamı olacaq.

Qeyd edək ki, martın 2-də Londonda Ukraynaya yardımla bağlı 18 dövlət və assosiasiyanın nümayəndələrinin iştirak etdiyi sammitdən sonra Starmer Kiyevi dəstəkləmək üçün koalisiya yaratmağa çalışacağını bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью