Starmer Zelenskiyə Trampla Ukraynanın suverenliyinin vacibliyini müzakirə edəcəyini vəd edib

22.02.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın baş naziri Keir Starmer Vladimir Zelenskiyə söz verib ki, gələn həftə ABŞ prezidenti Donald Trampla Ukraynanın suverenliyinin qorunub saxlanmasının vacibliyini müzakirə edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin rəhbəri ilə Zelenski arasında baş vermiş telefon danışığından sonra baş nazirlik dəftərxanasının yaydığı məlumatda deyilir.

Baş nazir vurğulayıb ki, Ukrayna “müharibəyə son qoymaq üçün istənilən danışıqlarda mərkəzi iştirakçı olmalıdır və bu vəziyyətdə Ukraynanın suverenliyinin qorunması həyati əhəmiyyət kəsb edir”. O, həmçinin bildirib ki, o, “bu mövqeyi yaxın günlərdə və həftələrdə, o cümlədən Vaşinqtonda prezident Trampla görüşdə irəli sürəcək”.

Eyni zamanda, Starmer Kiyevi Londonun davamlı “sarsılmaz dəstəyinə” və “güc vasitəsilə sülhə nail olmaq” prinsipinə sadiqliyinə əmin edib.

Starmerin Trampla danışıqlar aparmaq üçün fevralın 27-də Vaşinqtona səfər edəcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью