Starmerin evinin yandırılması: polis üçüncü şübhəlini həbs etdi

20.05.2025

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Starmerin evinin yandırılması: polis üçüncü şübhəlini həbs etdi

Britaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Böyük Britaniyanın baş naziri Key Starmerin evini yandırmaqda şübhəli bilinən şəxsi saxlayıb. Sky News xəbər verir ki, bu barədə polisin bəyanatında deyilir.

Böyükşəhər Polisi bildirib ki, 34 yaşlı kişi Londonun qərbində yerləşən Çelsi şəhərində bu səhər həyatı təhlükə altına almaq məqsədi ilə yanğın törətməkdə şübhəli bilinərək həbs edilib.

Hüquq-mühafizə orqanları onun adını açıqlamır.

Xatırladaq ki, Böyük Britaniya hökumətinin başçısı Key Starmerin evində yanğın mayın 12-də baş verib, nəticədə tələfat olmayıb.

Bir neçə gün əvvəl isə əvvəllər Starmerə məxsus olan avtomobil yanıb.

Mayın 13-də ukraynalı Roman Lavrinoviç Londonda saxlanılıb. Hüquq-mühafizə orqanları onun yandırmada əli ola biləcəyini ehtimal edir.

Əziz Mustafa, Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью