Starmerin evinin yandırılmasında 21 yaşlı ukraynalı ittiham olunub

16.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

21 yaşlı Roman Lavrinoviç adlı Ukrayna vətəndaşı Böyük Britaniyanın baş naziri Kir Starmerlə əlaqəsi olan mülkləri yandırmaqda ittiham olunub.

APA xəbər verir ki, bu barədə “Sky News” məlumat verib.

Həmin şəxs mayın 16-da Vestminster Sülh Məhkəməsində hakim qarşısına çıxarılacaq.

İstintaqı London Polisinin Terrorla Mübarizə Komandanlığının əməkdaşları aparır.

Müttəhim bir sıra insidentlərdə əli olmaqda şübhəli bilinir.

Qeyd edək ki, bazar ertəsi Londonun şimalında, Kentiş Taun şəhərində Starmerin baş nazir olana qədər ailəsi ilə birlikdə yaşadığı evdə yanğın baş verib. Yanğın evin girişinə ziyan vursa da, xəsarət alan olmayıb.

Ötən cümə axşamı da eyni küçədə avtomobil yandırılıb. Bazar günü isə İslinqtondakı evin giriş qapısında yanğın baş verib. Bu evin də Böyük Britaniyanın baş nazirinə məxsus olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью