Starmerin istefa tarixini bu gün açıqlayacağı gözlənilir

22.06.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefa tarixini bu gün açıqlayacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, bu, onun öz Leyborist Partiyasındakı millət vəkillərinin böyük təzyiqindən sonra baş verəcək. Onlar hazırkı baş nazirdən yeni lider Endi Bernemə yer verməsini tələb edirlər.
Biznes və ticarət naziri Piter Kayl Starmerin konkret planları ilə bağlı şərh verməkdən imtina edib, lakin baş nazirin siyasi reallıqlardan xəbərdar olduğunu və ölkə üçün ən yaxşı qərarı verəcəyini qeyd edib.
Nəşrin mənbələrindən biri baş nazirin bu gün çox güman ki, payızda baş tutacaq gediş cədvəlini açıqlayacağını bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью