Icma.az, Missiya.az saytına istinadən bildirir.
Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoytun intihar etməsi "şokedici" hadisədir.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bu, normal insanları şok etməyə bilməz. Təbii ki, bu, bizi də şoka saldı", - o vurğulayıb.
Peskov qeyd edib ki, məmurun ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə dərhal məlumat verilib. Onun meyiti şəxsi avtomobilində tapılıb. İstintaqın əsas versiyası isə intihardır.
Nurlana Əhmədova
Missiya.Az