Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-ın “SpaceX” şirkətinin nəhəng “Starship” kosmik gəmisi ilk dəfə Yer orbitinə çıxaraq mühüm texnoloji mərhələyə nail olub. Texas ştatındakı “Starbase” kosmodromundan həyata keçirilən 14-cü sınaq uçuşu zamanı kosmik gəmi orbitə çatdıqdan sonra 26 yeni nəsil “Starlink” peykini uğurla kosmosa buraxıb.
Associated Press-in yaydığı məlumata görə, uçuş zamanı gəminin mühərriklərindən birinin vaxtından əvvəl dayanmasına baxmayaraq, idarəetmə qrupu missiyanı davam etdirmək qərarına gəlib və “Starship” orbitə çıxmağı bacarıb. Bununla belə, təhlükəsizlik məqsədilə əvvəlcə 10 saat davam etməsi planlaşdırılan uçuş təxminən üç saatdan sonra başa çatdırılıb.
“Starship”in ilk dəfə orbitə çıxması şirkətin çoxsaylı sınaqlardan keçən kosmik proqramında mühüm mərhələ hesab olunur. Kosmik gəminin gələcəkdə peyklərin orbitə çatdırılması ilə yanaşı, Ay və Marsa uçuşlar üçün də istifadə edilməsi nəzərdə tutulur.
N.Adilqızı
XQ