“Starship”in 8 ci sınaq uçuşu ləğv edilib

04.03.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

Amerikalı milyarder İlon Maska məxsus "SpaceX" şirkətinə məxsus “Starship” raketinin 8-ci sınaq uçuşu geri sayım zamanı ləğv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Starship" raketinin 8-ci sınaq uçuşu "SpaceX" şirkətinin saytında canlı yayımlanıb.

ABŞ-nin Texas ştatındakı "Starbase" obyektindən havaya qalxması planlaşdırılan “Starship” raketinin 8-ci sınaq uçuşu hələ açıqlanmayan problemlər səbəbindən buraxılışa 40 saniyə qalmış ləğv edilib.

Növbəti sınaq uçuşu üçün dəqiq bir tarix verilməsə də, Musk "X" sosial media hesabında verdiyi açıqlamada bir-iki günə yenidən sınaqdan keçirilə biləcəyini bildirib.

Şirkətin internet saytında verilən açıqlamada "Starship" komandasının növbəti sınaq uçuşuna hazırlaşdığı qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью