Start fitindən 20 dəqiqə sonra qapılar bağlanacaq “Qarabağ”dan müraciət

08.12.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ” dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Ayaks”la matça gələcək azarkeşlərə müraciət edib. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Ağdam təmsilçisi tərəfdarları stadiona erkən gəlməyə çağırıb. 

Bildirilib ki, oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.

Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-u saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью