sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Futzal üzrə Yüksək Liqada bu gün yeni mövsümə start verilib. Sport24.az xəbər verir ki, mövsümün ilk qələbəsini "Şuşa" komandası aktivinə yazdırıb.
İlk qolun müəllifi "Şuşa"nın üzvü Vladislav Vorobyov olub, ilk sarı vərəqə isə onun komanda yoldaşı Bəxtiyar Soltanova göstərilib. Turun ən böyükhesablı qələbəsini "Neftçi" İK aktivinə yazdırıb. Ümumiyyətlə açılış turunda 2 böyükhesablı nəticə qeydə alınıb. Digərində isə debütant "Xankəndi" sevinib. Nominal meydan sahiblərindən yalnız "Baku Fire" 3 xala sevinib. Digər 4 görüşdə isə ikinci komanda qələbə qazanıb.
"Marafon" – "Şuşa" 2:5
"İmişli" – "Xankəndi" 3:11
"Baku Fire" – "AtiDel Ordubad" 7:3
"Yasamal Bakı" – "Araz-Naxçıvan" 1:4
"Rəvan" – "Neftçi" İK 1:12