Startdan razı deyiləm Yaşar Seyidov

16.09.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

İkinci Liqada mübarizəsini davam etdirən "Dinamo" (Bakı) meydana çıxdığı 3 matçda 1 qələbə qazanmağı bacarıb.

Klubun prezidenti Yaşar Seyidov komandanın startdakı nəticələri və hədəfləri barədə danışıb.

Onun Fanat.Az-a açıqlaması belə olub:

“İkinci Liqada bütün komandalar bir-birindən xal ala biləcək gücdədir. Düzü, startdan razı deyiləm. Üç əsas heyət oyunçusu birinci oyunda zədə aldı. Çempionat oyunları keçirilən meydançalar, Binə stadionunu çıxmaq şərtilə, heç biri standartlara uyğun deyil. Üç oyunda meydançanın keyfiyyətsizliyindən üç oyunçu itirmək çox təəssüf ediləsi haldır".

"Əsas hədəf bacardıqca turnir cədvəlinin yuxarı hissəsində yer tutmaqdır. Zəif və güclü tərəflərimizi bilirik, amma obyektiv səbəblərdən bunları həll edə bilmirik. Zamanla çalışacağıq ki, öz yetirmələrimizlə bu problemləri aradan qaldıraq. Çətindir, amma başqa yolumuz yoxdur".

“Dinamo” bütün liqalar daxil yeganə komandadır ki, heyətində yalnız öz yetirmələri ilə oynayır. Bu, bizi çox sevindirir. Heç kimin tanımadığı bu gəncləri qısa zamanda Azərbaycan futboluna qazandıra bilsək, bu, bizim və futbolumuzun uğuru olacaq. Biz bəzi fəlsəfələrdən fərqli olaraq, çox sadə, hamının futbolu başa düşəcəyi yol ilə gedirik. Heyətində oynamağa azərbaycanlı futbolçu tapmayan komandalardan deyilik. Baxmayaraq ki, Azərbaycan çempionatı milli komandaları formalaşdırmaq və uğura aparmaq üçün keçirilir... Amma heyətdə azərbaycanlı futbolçu oynamayanda onların fəlsəfəsinin daha müasir olduğunu düşünürlər".

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью