Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. Qısa videoların aparıcı platforması olan TikTokda startaplar üçün TikTok StartUp Akademiy
Akademiya çərçivəsində startap nümayəndələri platformada uğur qazanmağı və öz məhsullarını cəmiyyətin diqqətinə çatdırmağı öyrənəcəklər.
TikTok StartUp Akademiyasının finalistləri TikTok-da inkişaf etmək üçün qrant qazanacaqlar – ümumi mükafat fondu 15.000 dollar təşkil edir.
TikTok yalnız Azərbaycan istifadəçi icmasına yaradıcılıq və yeni biliklər əldə etmək üçün məkan yaratmaqla kifayətlənmir, həm də yerli biznesin inkişafını təhsil resursları, unikal və innovativ alətlərlə dəstəkləyir.
Bu il TikTok, Azərbaycanda yerli biznes sahələrində platformaya olan böyük marağı nəzərə alaraq ölkədə TikTok For Business platformasını istifadəyə verib və yerli şirkətlərlə əməkdaşlığa başlayıb.
İndi Azərbaycanın müxtəlif sahələrindən olan şirkətlər TikTok-da marketinqin bütün mərhələlərində real kontent yarada və öz biznes məqsədlərini həyata keçirə bilərlər.
TikTok brendlərin platforma icmasında tanınmasını artırmağa, istifadəçiləri cəlb etməyə və sadiqliyi gücləndirməyə, tətbiqdən kənarda hərəkətə keçməyə, konversiyaları artırmağa və satışları yüksəltməyə kömək edir.
TikTok Azərbaycandan olan startapları Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, eləcə də Mərkəzi Asiyada İT startapların ən böyük beynəlxalq texnoparkı olan Astana Hub ilə birgə təşkil edilən TikTok StartUp Akademiyasında iştirak etməyə dəvət edir.