Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyalı müğənni Stas Mixaylovun həyat yoldaşı müğənni ilə yaşadıqları ailə dramı fonunda onun rəfiqəsi ilə xəyanət etdiyinə eyham vurub.
OLAY yazır ki, 53 yaşlı İnna Mixaylova İnstaqramda Yelena Vaenqanın ailə münasibətlərini dağıdan xəyanətkar rəfiqəyə həsr olunmuş mahnısını “repost” edib. Həmçinin sosial şəbəkələrdə başqa bir bloqerin xəyanətdən, yaşadığı sarsıntılardan və bunları gizlətmək məcburiyyətindən danışdığı videonu yerləşdirib.
Daha əvvəl Stas Mixaylovun həyat yoldaşı onların ayrıldığını açıqlamış və müğənninin indiki imici və xarici görünüşü ilə heç bir əlaqəsinin olmadığını qeyd etmişdi. O, həmçinin sosial şəbəkələrdə müğənninin fotosunu “İnsan saxtadır” qeydi ilə paylaşmışdı.