Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Stavropol diyarında hərbçiyə qarşı planlaşdırılan terror aktının qarşısı alınıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Stavropol diyarında xüsusi hərbi əməliyyat iştirakçısına qarşı terror aktı hazırlayan 49 yaşlı Rusiya vətəndaşını saxlayıb.
Şübhəli şəxsin Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə keçmiş hərbçinin avtomobilini partlatmaq üçün əldəqayırma bomba hazırladığı bildirilir. Saxlanılan şəxs etirafedici ifadə verib və fakta görə terror aktı (RF CM-nin 205-ci maddəsi) və dövlətə xəyanət (275-ci maddə) maddələri üzrə cinayət işi araşdırılır. Hər iki maddə ömürlük azadlıqdan məhrumetmə cəzasınınəzərdə tutur.
Zeynəb Rzayeva